Play Store

Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər

Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər
01:42 15 Fevral 2018
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.
Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.
Faktla bağlı rayon polisində araşdırma aparılır.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-komite-sedrinin-oglunun-avtomobilini-qaciran-sexsler-qezaya-duserek-olubler-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR