Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub

Bakıda iki qardaşa ümumilikdə 7 bıçaq zərbəsi vurulub
02:42 15 Fevral 2018
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonunda iki nəfərin bıçaqlanması ilə nəticələnən dava düşüb.
"Report"un xəbərinə görə, Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində iki qardaş - 1999-cu il təvəllüdlü Cəfərli Tural Oktay oğlu və 1993-cü il təvəllüdlü Cəfərli Turan Oktay oğlu naməlum şəraitdə bıçaqlanıb.
Onlar bədənlərin müxtəlif nahiyələrindən 7 kəsilmiş-deşilmiş xəsarətlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin əməkdaşları hadisənin dəqiq səbəblərini öyrənmək üçün yaralıların izahatını alacaq.
Hələlik araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR