Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb

Binəqədidə gənc oğlan evə gedərkən naməlum şəxs tərəfindən bıçaqlanıb
02:47 15 Fevral 2018
157 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Paytaxtın Binəqədi rayonu ərazisində bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.
"Report"un xəbərinə görə, Xocahəsən qəsəbəsində 1992-ci il təvəllüdlü Hüseynov Hüseynağa Kərim oğlu evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq mübahisə etməyə başlayıb.
Bu zaman əlbəyaxa dava düşüb. H.Hüseynov özünü müdafiə edərkən bıçaqlanıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin 40-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən şəxsi axtarır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR