Play Store

Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb

Bakıda maşını vurulan şəxs qəzanı törədən sürücünü döyərək burnunu qırıb
05:02 15 Fevral 2018
128 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda yol qəzası sürücülər arasında əlbəyaxa dava ilə nəticələnib.
"Report" xəbər verir ki, Babək prospektinin Keşlə qəsəbəsi ərazisinə düşən hissəsində 1983-cü il təvəllüdlü Rəsulov Əflatun Tahir oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə markası məlum olmayan başqa bir maşının arxa hissəsinə çırpılıb.
Nəticədə sürücülər arasında dava düşüb. Bu zaman vurulan avtomobilin sürücüsü Ə.Rəsulovun üz nahiyəsinə yumruq zərbəsi endirib və Ə.Rəsulovun burun sümüyü qırılıb. Bundan başqa o, bədəninin müxtəlif nahiyələrindən travma alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis bölməsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-masini-vurulan-sexs-qezani-toreden-surucunu-doyerek-burnunu-qirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR