Peruda islah müəssisəsində yanğın nəticəsində 5 yeniyetmə dustaq ölüb

Peruda islah müəssisəsində yanğın nəticəsində 5 yeniyetmə dustaq ölüb
05:17 15 Fevral 2018
103 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 fevral. REPORT.AZ/ Peruda həddi-buluğa çatmamış şəxslərin islah mərkəzində baş vermiş yanğın nəticəsində azı 5 nəfər ölüb.
"Report" "Diario Correo" nəşrinə istinadən xəbər verir ki, hadisə Truxilyo şəhərində qeydə alınıb.
Mərkəz direktoru Xulio Maqana bildirib ki, yanğın ədavətdə olan dustaq qruplaşmaları arasında toqquşmadan sonra baş verib.
Hazırda hadisənin bütün təfərrüatları öyrənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR