Aİ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırmır

Aİ Rusiyaya qarşı yeni sanksiyalar planlaşdırmır
05:23 15 Fevral 2018
118 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqı Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyalar tətbiq edib, Moskvaya qarşı digər sanksiyalar gündəmdə yoxdur.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer bəyan edib.

“Dəfələrlə vurğuladığımız kimi, sanksiyalar özünə məqsəd deyil. Məhdudlaşdırıcı tədbirlər Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlıdır. Bu, Aİ-nin sanksiyalarının əsas vəzifəsidir. Hazırda gündəmdə başqa sanksiyalar yoxdur”, deyə diplomat vurğulayıb.

Qeyd edək ki, bu gün ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR