Türkiyədə sərnişin avtobusu mikroavtobusla toqquşdu: 1ölü, 4 yaralı

Türkiyədə sərnişin avtobusu mikroavtobusla toqquşdu: 1ölü, 4 yaralı
06:24 15 Fevral 2018
75 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Amasiya vilayətində ağır yol qəzası baş verib.

 

APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, vilayətin Suluova əyalətində Ağrı-İstanbul marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə mikroavtobus toqquşub.

 

Qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb, 4 nəfər yaralanıb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir .

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR