Play Store

"Real" La Liqada 6000-ci qolunu vurdu - VİDEO

"Real" La Liqada 6000-ci qolunu vurdu - VİDEO
05:48 19 fev 2018
163 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə İspaniya çempionatının 24-cü turunda "Betis" öz meydanında Madrid "Real"ını qəbul edib.

Publika.az xəbər verir ki, Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda keçirilən görüş qonaqların 5:3 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda "Betis"in qollarını Ayssa Mandi, Serxio Leon və "Real"ın müdafiəçisi Naço (avtoqol) vurub. Qonaq komandanın heyətində isə Marko Asensio dubl edib, Serxio Ramos, Kriştianu Ronaldu və Kərim Benzema isə hərəyə bir dəfə fərqlənib.

Asensionun vurduğu ikinci qol madridlilər üçün 6000-ci yubiley qolu olub. "Kral klubu " İspaniya çempionatında bu nəticəni göstərən ilk komanda olub.

"Real" (45 xal) Primeronun turnir cədvəlində 4-cü pillədə qərarlaşıb, "Betis" (33) 9-cudur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR