Play Store

Millimiz hazırlıq üçün Qomelə yollanıb

Fevralın 20-dən 25-dək gənc boksçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışı olacaq.

Azərbaycan Boks Federasiyasından Metbuat.az-a verilən məlumata görə, milli komandamız Balakəndə başladığı hazırlıq prosesini Belarusun Qomel şəhərində davam etdirəcək.

Yığmamızın baş məşqçisi Vaqif Şirinov toplanışda 15 idmançını sınaqdan keçirəcək.

Azərbaycan millisinin heyəti

49 kq: Maqsud Xasmətov, Vüqar Hüseynov

52 kq: Əflatun Babayev, Mirmehdi Mehdizadə

56 kq: Həsən İbrahimov, Əlzamin Səlimov

60 kq: Nurlan Səfərov, Nəbi İsgəndərov

64 kq: Səbuhi Abışov

69 kq: Nicat Həsənov, Məhəmməd Yusifov, Cahid Qurbanov

75 kq: Rəsul Rzayev

81 kq: Zaur Musayev

91 kq: İsmayıl Yaqubov

Bu gün səhər saatlarında səfərə yollanan millimiz Qomeldə əsasən ümumi və fiziki hazırlıq üzərində çalışacaq.

Bakı metrosunda yeni kondisionerli qatarlar görəcəyik - Bu il - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR