Play Store

Əsəd ABŞ-ı qayğı içində qoydu: "Rusiya öz gücündən istifadə etməlidir"

Əsəd ABŞ-ı qayğı içində qoydu: "Rusiya öz gücündən istifadə etməlidir"
09:53 21 Fevral 2018
171 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Heter Nauret Suriyanın Şərqi Quta bölgəsində baş verən qətliamlara münasibət bildirib.

Publika.az xəbər verir ki, o, yaşanan hadisələrdən dolayı ABŞ-ın qayğı içində qaldığını deyib:

“Şərqi Qutada yaşanan faciədən dolayı dərin qayğı içindəyik. Son sənədlər göstərir ki, hava hücumları birbaşa xəstyəxanaları və dinc sakinlərin olduğu bölgələri hədəf alır, bunun nəticəsində son 48 saat içində yüzdən çox insan ölüb. Əsəd rejimi mühasirəyə aldığı insanları aclığa sürükləyir ki, bu da bir insanlıq fəlakətidir. Şərqi Hələbdəki faciə indi Şərqi Qutada gerçəkləşir. Rusiya Əsəd rejimi üzərindəki təsirini işə salmalıdır”.

Qeyd edək ki, Əsəd rejiminin Şərqi Qutada son 48 saatda təşkil etdiyi hücumlarda 167 nəfər ölüb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/231930.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR