Play Store

ABŞ düşmənlərə qarşı YENİ SİSTEM YARADIR

ABŞ düşmənlərə qarşı YENİ SİSTEM YARADIR
11:23 21 fev 2018
130 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hava Qüvvələri Rusiya və Çinin kəskin raketlərinin qarşısını almaq məqsədilə yeni bilgi şəbəkəsinin qurulması üçün kəşfiyyat təyyarələri və bahalı peyklərdən vaz keçəcək.

Publika.az “SpaceNews” portalına istinadən xəbər verir ki, Amerika Hava Qüvvələrinin bilgi əldə etmək sistemini daha kompakt və texnoloji baxımdan əlverişli hala gətirmək niyyətindədir.

ABŞ “Boeing E-8 JSTARS” kimi kəşfiyyat təyyarələrinin Rusiya və Çinin raketləri üçün asan hədəf halına gəlməsindən qorxur. Buna görə də quru və hava sensorlarından alınan məlumatları inteqrasiya edə biləcək bilgi sisteminə ehtiyac duyur və hava sensorları kimi pilotsuz təyyarələr “ağıllı”, ucuz peyklər istifadə etməyə çalışır.

Mövcud proqramın büdcəsi 7 milyard civarında təxmin edilir. Hərbi qüvvələrin fikrincə, yeni sistem daha ucuz başa gələcək və potensial düşmənlərin hücumlarına qarşı bahalı cihazların itirilməsi riskini azaldacaq.

Zümrüd


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR