Play Store

Fransanın “AXA” sığorta qrupu Azərbaycandakı törəməsini satır

Fransanın “AXA” sığorta qrupu Azərbaycandakı törəməsini satır
12:07 21 fev 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycan sığorta bazarında bir neçə sığorta şirkətinin yaradılmasında və idarə edilməsində iştirak etmiş iş adamı Elxan Qəribli Fransanın “AXA” Sığorta Qrupunun Azərbaycandakı törəməsi “AXA MBASK” Sığorta Şirkəti ASC-nin 100% səhmlərini əldə edəcək.
“Report”a daxil olan məlumata görə, tərəflər arasında ilkin razılaşma artıq imzalanıb.
Əməliyyatın tamamlanması isə müvafiq orqanların razılığı alındıqdan sonra həyata keçiriləcək.
Xatırladaq ki, E.Qəribli 1992-ci ildən etibarən eyni şirkətin qurucusu və ilk rəhbəri olaraq sığorta fəaliyyətinə başlayıb. O, Azərbaycanda sığorta bazarının inkişafına uyğun biznes mühitinin olduğunu ve iqtisadi qanunvericilikdə həyata keçirilən islahatlar sayəsində yerli investorlar üçün daha əlverişli şəraitin yarandığına inandığını deyib və bu səbəbdən “AXA MBASK”a investisiya qoymaq qərarına gəldiyini açıqlayıb. 

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR