Play Store

Dövlət Komissiyasının katibi: “Aprel döyüşləri məğlubedilməz Ermənistan ordusu mifini darmadağın etdi”

Dövlət Komissiyasının katibi: “Aprel döyüşləri məğlubedilməz Ermənistan ordusu mifini darmadağın etdi”
12:27 21 fev 2018
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib.
“Report”un xəbərinə görə, tədbirdə Azərbaycanın Milli Qəhrəmanları və onların valideynləri, Qarabağ müharibəsi veteranları, Azərbaycan Xüsusi Xidmət Veteranları, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə və “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai birliklərinin rəhbərləri və üzvləri, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali təhsil müəssisələrinin zabit və kursantları iştirak ediblər.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik Cəlal Qasımov çıxış edərək, bu tədbirin bir neçə gündən sonra Azərbaycan xalqı tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin maarifləndirilməsi və dövlətçilik amallarına sədaqət ruhunda tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib. O, işğal edilən Azərbaycan topraqlarının azad olunacağına əminliyini vurğulayıb. 
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib ki, 1828-ci ildə imzalanan Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycana köçürülən ermənilər xalqımıza məxsus torpaqları özününküləşdirməyə başlayıb: “Bu məqsədlə 1905-1907-ci və 1918-1920-ci illərdə iki dəfə xalqımıza qarşı soyqırım törədiblər, ərazilərimiz işğal olunub, etnik təmizləmə siyasəti aparılıb. Bu işğal sovet hakimiyyəti dövründə də davam edib, 1988-ci ildə ermənilər Azərbaycana qarşı işğal siyasətini genişləndirdilər, bundan sonra ərazilərimiz geniş şəkildə işğal olunmağa başladı, 20 m indən çox vətəndaşımız qətlə yetirildi, 50 mindən artıq insan yaralandı və ya şikəst oldu, bir milyondan artıq qaçqın və məcburi köçkün ermənilərin etnik təmizləmə siyasətinin qurbanı oldu. Müharibədə ən ağır itki insan itkisidir. Hərbçi və ya mülki şəxs olmasından asılı olmayaraq, insan itkisi daha çox iz buraxır. Hazırda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 fevral 2018-ci il tarixinə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Azərbaycanın qanunvericiliyinə görə münaqişə bölgəsində itkin düşmüş şəxs şəhid hesab olunur”.
İ.Axundov 2016-cı ilin aprel döyüşlərindən də danışıb: “2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu rəşadətilə özünü təsdiq etdi, onlar məğlubedilməz Ermənistan ordusu mifini darmadağın etdilər. Aprel döyüşlərində şəhid olan hərbçilərin hər biri bizim üçün əzizdir. Bu döyüşlərə Azərbaycan Prezidenti yüksək qiymət verir. Biz Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizlə qürur duyuruq, onların xatirəsi daim bizim üçün əziz olaraq qalacaq”.
Tədbirdə bildirilib ki, Preziden İlham Əliyevin son dərəcə inamlı və cəsarətli daxili və xarici siyasəti sayəsində müstəqil Azərbaycanda ictimai-siyasi sabitlik dönməz xarakter alıb. Qeyd olunub ki, regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə dinamik sürətdə inkişaf edir, xalq-iqtidar həmrəyliyi gündən-günə möhkəmlənir, Vətənimizin siyasi-iqtisadi nüfuzu və mövqeyi dünyada ildən-ilə daha da güclənir.
Çıxışlarda vurğulanıb ki, Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində ölkənin müdafiə qabiliyyəti durmadan yüksəlir və bu gün Silahlı Qüvvələrin hərbi-texniki potensialının gücləndirilməsi ilə Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü orduya çevrilib.



















Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR