Play Store

Azərbaycan idmançısının olimpiadada çıxış edəcəyi slalom yarışının püşkü atılıb

Azərbaycan idmançısının olimpiadada çıxış edəcəyi slalom yarışının püşkü atılıb
13:02 21 fev 2018
73 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan təmsilçisi Patrik Braxnerin çıxış edəcəyi dağ xizəkçiliyinin slalom növü üzrə yarışın püşkü atılıb.
Bu barədə "Report"a Azərbaycanın şef de-missionu Anar Bağırov məlumat verib. Onun sözlərinə görə, 26 yaşlı idmançı fevralın 22-də 68-ci sırada mübarizəyə qoşulacaq. Ümumilikdə isə bu növ üzrə 112 iştirakçı olacaq. 
Qeyd edək ki, slalomçuların birinci keçidi sabah yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 5:00-da), medalçıların müəyyənləşəcəyi ikinci keçidi isə 13:30-da (8:30-da) olacaq.  

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR