Play Store

Səhər saatlarında ağır yol qəzası baş verib -6 ölü, 19 yaralı- Türkiyədə / VİDEO

İstanbulda səhər saatlarında dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Metbuat.az "Sözcü"yə istinadən xəbər verir ki, İstanbuldan Tokata gedən sərnişin avtobusu yerli saatla 06:00 radələrində Çorumun Osmancıq rayonunda dayanan yük maşınına çırpılıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 19 nəfər isə ağır yaralanıb. Yaralılar dərhal xəstəxanalara aparılıb. Hadisədən sonra avtobus alovlanaraq yanıb. Yanğınsöndürmə briqadası yanan maşınlara müdaxilə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR