Play Store

Prezident İlham Əliyev Gənclər Fonduna yeni icraçı direktor təyin edib

Prezident İlham Əliyev Fərid Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR