Tramp Tillersonu vəzifəsindən azad etməsinin səbəbini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə ayındlıq gətirib.

Metbuat.az-ın məlumatına görə, D.Tramp jurnalistlərə bildirib ki, bu məsələni R.Tillersonla çoxdan müzakirə edib:

"Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır".

R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib:

"Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi - red.) ilə isə fikirlərimiz eynidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR