Play Store

Salyanda yol qəzası - Xəsarət alanlar var

Salyanda yol qəzası - Xəsarət alanlar var
23:18 13 mar 2018
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Fərid Şamil oğlu, Lerik rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzuman Çento oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR