Play Store

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı

Rusiyada İŞİD-in 60 tərəfdarı saxlanıldı
03:33 14 mar 2018
122 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) bu ölkədən İŞİD tərəfdarlarının Suriyaya və İraqa göndərilməsinin qarşısını alıb.

Publika.az xəbər verir ki, FTX-ninDaxili İşlər Nazirliyi ilə birlikdə keçirilən əməliyyat nəticəsində Moskva şəhəri və Moskva vilayəti ərazisində etnik cinayətkar qrupun qeyri-qanuni fəaliyyətinə son qoyulub. Qrup döyüşlərdə iştirak üçün Suriyaya və İraqa İŞİD tərəfdarlarının qeyri-leqal göndərilməsini təmin edirmiş.

Ümumilikdə 60 əcnəbi saxlanılıb. Bununla yanaşı, gizli laboratoriya aşkar edilib.

Operativ axtarış və istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR