Bayramda yerli, yoxsa xarici? - Sərfəli turlardan yararlanın

Novruz bayramı ilə əlaqədar martın 20-si də daxil olmaqla 26-na kimi ölkədə qeyri-iş günləri olacaq.

Bu günlərdə səyahət etmək istəyənlər daha çox hansı sərfəli qiymətə ölkədaxili və ölkəxarici turlardan yararlana bilərlər.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, bu qiymətlər istirahətin müddətinə görə dəyişir:

“Novruz bayramında ölkədaxili turlar çərçivəsində insanlar daha çox Qəbələ, Quba, Qusar və Şəki zonalarına üz tutur. Ölkəxarici turlar içərisində isə Gürcüstan ilk yerdə gəlir. Bunun səbəbi Gürcüstanın qonşu ölkə olması ilə bağlıdır. Bu ölkəyə təyyarə ilə 50 dəqiqəyə getmək mümkündür. Həmçinin, şəxsi avtomobillə də səyahət etmək olur. Həmçinin, göstərilən xidmət Dubay və Avropa ölkələri ilə müqayisədə xeyli ucuzdur. Ümumiyyətlə, bugünkü gün Azərbaycan turisti Gürcüstanla yanaşı Dubay, Türkiyə və Avropaya gedirlər”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, bayramla əlaqədar hazırda ölkədaxili və ölkəxarici turlar çoxdur:

“Ölkəmizdə turizm sahəsi inkişaf etdiyindən daxili turların sayı da çoxalır. Ölkəxarici turlarda bayram günlərində ən sərfəli Sankt-Peterburq və Dubay turlarıdır. İstanbul turları da onlardan geri qalmır. Bu şəhərə münasib tur paketlər mövcuddur. Əslində isə hər şey müştərinin tələbindən asılıdır.

Bu bayram qeyri-iş günləri uzun olduğundan Fly.az olaraq bir neçə sərfəli və maraqlı turlar hazırlamışıq. Bizim şirkətin özünəməxsus “Fly Card”ları olduğuna görə, daimi müştərilərimiz bayram tətillərində bonuslardan yararlana biləcəklər. Onlar münasib bonuslardan istifadə edərək sərfəli turlar əldə edə biləcəklər”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bitkoini olanlar MÜTLƏQ OXUSUN - İqtisadçı AÇIQLADI – OXUMAQ ÜÇÜN TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR