Play Store

DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə - Sürücülük vəsiqəsinə isə bal yazıla bilər - VİDEO

Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun əsas səbəbi etibarnamə ilə bağlı qanunun hələ də qüvvədə olmasıdır. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində etibarnamə ilə avtomobil idarə etmək məsələsi yoxdur.

Ərşad Hüseynov deyir ki, hətta şəxsin xəbəri olmadan da onun adına etibarnamə verilə bilər. Çünki etibarnamə birtərəfli bağlanan əqddir.

Ekspert qeyd edir ki, əgər hər hansı bir şəxsin adına idarə etmədiyi avtomobilə görə cərimə protokulu gələrsə, 10 gün müddətində nəqliyyat vasitəsini idarə etmədityinə dair vəsatət qaldırmalıdır. Bundan sonra onun adına olan protokol ləğv ediləcək. Ardınca isə araşdırma aparılaraq sükan arxasında olan şəxs müəyyən ediləcək və protokol onun adına tərtib olunacaq.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR