Play Store

Kosmosa gedən kosmonavtın DNT-si - görün nə oldu? / VİDEO

Kosmosa gedən kosmonavtın DNT-si geri döndükdən sonra əkizi ilə uyğun gəlmədi.

Metbuat.az-ın verdiyi məlumata görə, NASA-da kosmonavt olaraq fəaliyyət göstərən Skot Kellynin kosmosda bir il keçirdikdən sonra DNT-sinin əkiz qardaşı Mark Kelly ilə artıq uyğun gəlmədiyi məlum olub.

NASA-nın 2014-ci ildə başlatdığı " Əkiz Araşdırması" proqramında son bir neçə ildir iştirak edən əkiz Kelly qardaşlardan bir illiyinə kosmosa gedən Skot Kelly və həmin müddət içərisində dünyada qalan Mark Kelly bir il ərzində həyatı dəyərlərinə, saç, bədən mayeləri, dəri hüceyrələri kimi bir çox dəyərlərinə baxıb.

Bir il kosmosda qaldıqdan sonra dünyaya qayıdan Skot Kellynin qan dəyərlərində fərq müşahidə edən tədqiqatçılar uzadılmış telomer kimi dəyərlərinin dünyaya qayıtdıqdan sonra normala döndüyünü vurğulayarkən, qayıtmasından bir il keçmiş olmasına baxmayaraq, Skot Kellynin DNT-sinin dəyişmədiyini ortaya çıxarıb.

NASA Kelly qardaşları üzərində aparılan araşdırmanın kosmosa göndərilən kosmonavtlarda yarana biləcək dəyişikliklər çərçivəsində üç illik Mars vəzifəsinə töhfə verəcəyini açıqlayıb.

Günay Sadıxova/Metbuat.az

http://matbuat.az/news/922836/toylara-7000-azn-e-geden-mugenninin-evinde-televizor-yoxdur.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR