Play Store

Bayram günlərində Azərbaycan əhalisi harada dincəldi? - Bölgələrdə yer tapılmadı?

Bayram günlərində Azərbaycan əhalisi ölkəxarici və daxili turlardan yararlanıb.

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, ölkəxarici turlarda Gürcüstan, Türkiyə və Avropa ölkələri ön sırada olub:

“Bayram günlərində daxili turizmdə məhdudiyyət vardı. Bu günlərdə Qəbələ, Quba, Qusarda çox sayda turist olduğu üçün yerli əhali boş yer tapmaqda çətinlik çəkib. Bayramda ölkəmizə gələn turistlərin ilk seçimi bölgələr olub. Bu da ölkəmizdə turizmin inkişaf etdiyini təsdiq edir”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, bayram günlərində ölkə xaricində ən çox üz tutulan istiqamətlər Sankt-Peterburq, İstanbul və Dubay olub:

“Daxili turlarda Quba və Qəbələdəki Şahdağ ilk sıralarda idi. Həmin günlər digər rayonlarda da qonaqların çox olması müşahidə edilib. Bir neçə xarici ölkədən gələn turistlərin Azərbaycana səfər etməsi gözəl nəticədir. Deməli, ölkəmizdə turizm inkişaf edir və gələn qonaqlar ölkəmizdən razıdırlar.

Biz də Fly.az olaraq bayram günlərində ölkəmizdə xeyli sayda xarici turistlər qarşılayıb, onlara yüksək xidmət göstərdik. Qaldıqları müddət ərzində onlara ölkəmizin gözəl yerlərini gəzdirdik. Bu bayram olduqca çox turist vardı. Turizmin inkişafı ilə bağlı görülən işlərdə Fly.az-ın da rolunun olduğu üçün çox şadıq”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Kosmosa gedən kosmonavtın DNT-si - görün nə oldu? / VİDEO - Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR