Play Store

Gündə 20 banan yeməklə arıqladı - FOTOLAR

Gündə 20 banan yeməklə arıqladı.

Metbuat.az-ın verdiyi məlumata görə, Avstraliyalı Freele adı ilə tanınan Leanne Ratcliffe öz pəhrizini və arıqlama görüntülərini səhifəsində paylaşdıqdan sonra qısa müddətdə fenomenə çevrilib.

İnternetdə 351 min izləyicisi olan 29 yaşındakı qız hər gün 20 banan yeməklə inanılmaz dərəcədə arıqlayıb.

Bəzən banan kokteylinə ananas və digər meyvələrdən əlavə edərək içki halına gətirib.

Pəhriz müddətində saat 17:00-a qədər isidilmiş və bişirilmiş yeməklər də yeməyib.

Çox zəif olduğu üçün mənfi rəylər alıb və dietoloqlar tərəfindən sərt şəkildə tənqid olunub.

Buna baxmayaraq Leanne Ratcliffe özünə bir internet səhifəsi açıb və necə arıqladığına dair yazılar yazmağa başlayıb. Bununla da kifayətlənməyib “YouTube” kanalında izləyicilərinə reseptlər verib.

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR