Play Store

Çinin 2016-cı ildə nəzarətdən çıxan kosmik stansiyası - atmosferdə partlayış etdi.

Metbuat.az-ın verdiyi məlumata görə, Çinin nəzarətdən çıxan Tiengong-1 (Göy Saray-1) kosmik stansiyanın atmosferə daxil olduğu bildirilib.

Çin İnsanlı Kosmik Mühəndislik Ofisindən (CMSEO) verilən məlumata görə, Göy Saray-1-in yer atmosferinə yerli vaxtla 9.15-də girdiyi, azalma istiqamətinin isə Cənubi Sakit Okeanın ortası olduğu qeyd edilib.

Uzunluğu 10,4 metr, ağırlığı 8,5 ton olan Göy Saray-1-in atmosferə girdikdə çox hissəsini yanaraq parçalandığı bildirilib.

Çinin 29 Sentyabr 2011-ci ildə orbitinə atdığı kosmos stansiyası 2016-cı ildə vəzifəsini bitirmişdi. Göy Saray-1 Çinin müxtəlif kosmos vasitələrinə kilidlənərək kosmos işinə töhfə vermişdi. Çinli mütəxəssislər cümə günü etdiyi açıqlamada isə kosmik stansiyanın heç bir parçasının yerə çatmasını gözləmədiklərini bildirmişdi.

Kontroldan çıxan Göy Saray-1in Türkiyəyə düşməsi ehtimalı da düşünülürdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR