Play Store

Qəbirdən 2 min il sonra görün nə çıxdı? - Qəribə Olay

Metbuat.az-ın verdiyi məlumata görə, Bolqarıstnın Plovdiv şəhərində aparılan arxeoloji qazıntılar zamanı antik dövrlərə aid qalıntılara rast gəlinib. Plovdiv Tibb Fakültəsi yaxınlığında başladılan arxeolji qazıntılarda “Antik Filipoppolis” şəhərinin qərb məzarlığında 2-ci əsr Roma dövrünə aid 3 məzar otağı tapılıb.

Hər biri tək parçalı və 1 metr genişlikdə, 2 metr uzunluğunda olan otaqların kərpicdən hazırlandığı, üzərinin isə daşlarla örtüldüyü müəyyən edilib.

“Habertürk” qəzetindən Nihad Uludağın xəbərinə görə, arxeoloqlar tərəfindən açılan 3 məzar otağından ikisinə heç toxunulmadığı, birinin isə əsrlər əvvəl üzərindəki daşlar götürülərək soyulduğu müəyyən edilib. Plovdiv Arxeologiya Muzeyinin tərkibində 6 mütəxəssisdən ibarət bir qrup tərəfindən aparılmış qazıntılarda 3-dən çox insan sümüyü aşkar edilib.

Məzarlardan birində insan baş sümüyü hisssəsində 15-20 santimetr ölçülərində tısbağa qabığı tapılıb. Arxeoloqlar insanlardan birinin tısbağa ilə birlikdə dəfn oluna biləcəyini bildirib.

Digər tərəfdən Diyarbakır Kavuşan Höyükdə 2016-cı ildə edilən qazıntılar nəticəsində 21 tısbağa ilə birlikdə dəfn edilmiş bir Assur məzarı tapılmışdı.

Günay Sadıxova/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR