Play Store

Avtomobili yay rejiminə necə keçirək? - USTA MƏSLƏHƏTİ

Sürücülər qış fəslinin yaradacağı çətinliklərdən avtomobillərini qorumaq üçün havalar soyumağa başlayan kimi onu qış rejiminə keçirirlər.

Lakin havalar isinən kimi yay rejiminə keçməyi unudurlar.

Qışdan qalan avtomobil yay rejiminə necə uyğunaşdırılır?

Bununla bağlı Metbuat.az-a açıqlama verən texniki məsləhətçi Əli Sultanov bildirib ki, ilk növbədə avtomobillərdə qış təkərini çıxarıb, yay təkərləri qoymaq lazımdır:

“Bəzi sürücülər avtomobilin mühərrikinin altına dəmir düzəltdirib vurur. Bu dəmir avtomobil dərəyə düşən zaman mühərrikini qorumaq üçün nəzərdə tutulur. Qışda onun heç bir problemi olmasa da, yayda çox böyük fəsadlar verir. Mühərrik yaxşı soyuya bilmədiyi üçün qızmağa başlayır. Onun üçün fabrik istehsalı olan dəmirlərdən almaq məsləhət görülür. Fabrik istehsalı olanların üzərində dəlik olur. Bu dəliklər havanın oynamasına şərait yaradır ki, nəticədə mühərrik qızmır. Lakin onun qiyməti baha olduğundan, sürücülərin bəziləri avtomobil ustasına düzəltdirir. Onlar dəmir listi kəsib mühərrikin altın bağlayırlar. Bu da sonradan avtomobildə fəsadlara səbəb olur.

Ümumiyyətlə, havaların isti-soyuq olmasından asılı olmayaraq, uzaq yola çıxan sürücülər mütləq avtomobilin təkərlərinə baxdırmalıdır. Mühərrikin yağını seçərkən onun keyfiyyətli olub-olmdığına fikir verməlidirlər. Avtomobilin soyutma mayesi (antifriz) qay, qış demədən istifadə olunmalıdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

3 günə arıqladan KARTOF DİETİ - Bu resepti MÜTLƏQ YOXLAYIN – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR