Play Store

Azərbaycan dünyaya avtomobil ixrac edəcək -VİDEO

“Khazar” avtomobillərinin qiyməti 14-16 min manat arasında olacaq.

Azərbaycanın ilk avtomobil brendi olan “Khazar”ın qiyməti 14-16 min manat civarında olacaq. Neftçalada yerləşən avtomobil zavodunda il ərzində 10 min ədəd avtomobil istehsalı nəzərdə tutulub.

Konveyerlər tam gücü ilə fəaliyyətə başladıqdan sonra 300 nəfərə yaxın insan iş yeri ilə təmin olunacaq. Müəssənin rəhbəri qeyd etdi ki, istehsal olunan avtomobillərin 20 faizi ixrac üçün nəzərdə tutulub. Əsas hədəf isə MDB bazarıdır.

Zavod rəhbərliyi onu da bildirdi ki, müxtəlif komplektasiyalarda indivüdial sifarişlər də qəbul olunur. Bəs görəsən ilk milli brendimizin bazarda özünü doğrultmaq şansları barədə ekspertlər nə düşünür?!

Xatırladaq ki, “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş”a, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. //Real.TV



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR