Play Store

Günəş sistemimiz belə yaranıb - TARİX

Günəş sisteminin formalaşması uzun müddət araşdırılıb.

Metbuat.az bildirir ki, kainatın yaranmasına səbəb olan Böyük Partlayış haqqında indi də davam etməkdə olan tədqiqatlar bizə ancaq partlayışdan sonrakı dövrün hadisələri haqqında məlumat verə bilir. Partlayışdan əvvəlki dövrü öyrənmək imkanı olmadığından ona nəyin səbəb olduğunu müəyyənləşdirmək hələ ki, mümkün deyil. Partlayışdan sonrakı ilk saniyələrdə kainat noxud boyda olsa da, ardınca hələ də davam edən genişlənmə prosesi başlayıb. Sıx birləşmiş müxtəlif hissəciklərdən ibarət olan ilkin kainat modelinin istiliyi trilyonlarla ℃ dərəcəyə bərabər olub.

Hazırda kainatda mövcud olan helium nüvələrinin böyük bir hissəsi Böyük Partlayışdan sonrakı 15 dəqiqə ərzində yaranıb. Partlayışdan sonra kainat genişləməyə və soyumağa başlayıb. Bir milyard il sonra ilk ulduzlar və qalaktikalar, ardınca isə planetlər yaranıb.

Qalaktikalar ölçülərinə uyğun sürətlə bizdən uzaqlaşırlar. Bu, Habbl qanunu adlanır. Qanun 1929-cu ildə amerikalı astronom Edvin Habblın (Edwin Hubble) şərəfinə belə adlandırılıb. Həmin qanun kainatın genişlənməsi nəzəriyyəsini dəstəkləyir və kainatın bir zamanlar sıxılmış olması fikrini irəli sürür.

Habl istifadə etdiyi nəhəng teleskopla səmanı müşahidə edərkən, ulduzların uzaqlıqlarına bağlı olaraq qırmızı rəngə doğru sürüşən bir işıq yaydıqlarını müəyyən etdi. Bu fikir, o zamana qədər bilinən kainat anlayışını təməldən sarsıdacaqdı.

Çünki məlum fizika qanunlarına görə, müşahidənin edildiyi nöqtəyə doğru hərəkət edən işıqlar bənövşəyi istiqamətə doğru, müşahidənin edildiyi nöqtədən uzaqlaşan işıqlar isə qırmızı rəngə doğru meyllənir (müşahidəçidən uzaqlaşan qatarın fit səsinin getdikcə incəlməsi kimi). Bu qanuna uyğun olaraq Hablın müşahidəsi göy cisimlərinin bizdən uzaqlaşdığını göstərirdi. Habl çox keçmədən daha mühüm faktlarla qarşılaşdı; ulduzlar və qalaktikalar yalnız bizdən deyil, bir-birilərindən də uzaqlaşırdılar. Elmi müşahidələr kainatdakı hər şeyin bir-birindən uzaqlaşdığını ortaya qoymuşdu. Bu vəziyyətdə kainatın “genişlədiyi” nəticəsi əldə edilirdi.

Son vaxtlar xüsusilə qumlu meteoritlərin tənəzzül prosesləri və necə yarandığı araşdırılıb. Məlum olub ki, bir çoxu birbaşa böyük partlayış nəticəsində yaranıb.

1989-cu ildə Corc Smut (George Smoot) və birlikdə işlədiyi NASA qrupu COBE adlı süni peyki kosmosa göndəriblər. Bu peykə yerləşdirilən həssas radarların Penzias və Wilsonun hesablamalarını təsdiqləməsi isə yalnız səkkiz dəqiqə çəkib. Radarlar qətiliklə kainatın başlanğıcındakı böyük partlayışın isti, sıx vəziyyətinin qalıqlarını sübut edirdi. Bir çox elm adamı COBE-nin müvəffəqiyyətini Big Bangın möhtəşəm zəfəri olaraq şərh etmişdi.

Günəş sistemimizin ciddi şok dalğası nəticəsində ortaya çıxması haqqında dəqiq dəlil olmasa da, erkən dövrlərdəki məlumatlarla böyük partlayışın komponentləri olduqca oxşardır.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR