Play Store

Metalinza nədir? - Bu sözü heç duydunuzmu?

Harvard Con A. Paulson Mühəndislik və Tətbiqi Elmlər Kollecinin tədqiqatçıları “Metalinza” adlı yeni linza ilə optik elmin tamamilə fərqli qapısını aça biliblər.

Metbuat.az xəbər verir ki, metalinza nanostrukturlardan istifadə edərək işığı fokuslayan düz səthdir. Bu metalinzalar idarə edilərək, görüntünün bulanıqlaşmasına səbəb olan üç əsas amili aradan qaldıra bilir: fokuslanma, astiqmatizm və görüntünün sürüşməsi.

Bu araşdırma eynilə insan gözü kimi fokuslandığı nöqtəni dəyişdirə bilir və süni əzələ texnologiyasındakı yeniliklərlə metalinza texnologiyasını birləşdirir. Yəni bu linzalarla insan gözünün təbii yollarla öhdəsindən gələ bilməyəcəyi astiqmatizm və görüntü sürüşməsi kimi problemlər həll ediləcək.

Komandanın əsas araşdırmaçılarından olan Federiko Kapasso, “təkmilləşmiş linzalardan ağıllı telefonların kameralarında da istifadə ediləcək. Yeni və tamamilə incə linzalar vasitəsilə virtual dünyanı daha dəqiq kəşf edə biləcəyik. Avtomatik fokuslanma sayəsində tamamilə elektron versiyada işləyən bir çox sürüşmə eyni anda düzələcək. Hətta bu kəşflə gələcəyin optik mikroskoplarının da ilk addımlarını atmış olduq” deyib.

Tədqiqatçılar süni göz yaratmaq üçün ilk növbədə metalinzaları böyütməliidilər. İlkin linzalar toz zərrəciyi boyda idi. Hər biri yüngül dalğa uzunluğundan daha kiçik idi və qatı nanostruktur vasitəsilə işığa fokuslanaraq, sürüşmələri yox edə bilirdilər. Nanostrukturlar çox kiçik olduğu üçün hər lupadakı məlumat sıxlığı olduqca yüksək idi. Linzaları böyütməyə başlayanda dizaynın təkcə fayl ölçüsü giqabaytlara, hətta terabaytlara yüksəlib.

Bu problemi həll etmək üçün tədqiqatçılar yeni bir alqoritm təkmilləşdiriblər. Bu alqoritm sayəsində metalinzalar inteqrasiya dövrələrini hazırlamaq üçün istifadə ediləcək və günümüz texnologiyası ilə ayaqlaşacaqdı. Həmçinin fayl ölçüləri də daha kiçik olacaqdı.

Kameralardan mikroskop və teleskoplar da daxil olmaqla bir çox komponentdən ibarət olan bütün optik sistemlər kiçik həssaslıq və mexaniki sürüşmələrə malikdirlər. İdarə edilə bilən düz metalinzalar sayəsində bütün bu probemləri aradan qaldırmaq mümkün olacaq.

Tədqiqatçılar növbəti addımda optikanın funksionallığını daha da artırmağı və nəzarət etmək üçün var olan gərginliyi azaltmağı planlaşdırırlar.

Kapasso 2016-cı ildə metalinzanın təkmilləşdirildiyi ilk mərhələdə verdiyi müsahibədə, “bu texnologiya bütün oyunu dəyişəcək” demişdi.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR