Play Store

“Google” vasitəsilə yeni planetlər kəşf etmək mümkündür - İDDİA

2017-ci ilin dekabr ayında Google və NASA tədqiqatçıları xüsusi neyron şəbəkədən istifadə edərək yeni eksoplanet (Günəş sisteminə daxil olmayan planet) aşkar ediblər.

Metbuat.az xəbər verir ki, araşdırmaçılar sözügedən kəşfi həyata keçirmək üçün lazım olan koddan pulsuz şəkildə istifadə edə bilirlər.

Google-da işləyən qocaman mühəndislərdən Kris Shallu araşdırma ilə bağlı belə yazıb: “Bu paylaşımımızın NASA-da K2 (Kepler) kimi bir çox bənzər modeli inkişaf etdirmək adına faydalı başlanğıc olacağına ümid edirik”.

Hazırda araşdırmaçılar Kepler kosmik teleskopu tərəfindən toplanan detallı məlumatlar vasitəsilə yeni dünyalar tapmaq üçün bu kodu istifadə və tətbiq edə bilirlər.

Kepler və onun davamçısı K2 səmadakı parlaqlıqlar vasitəsilə eksoplanetlər axtarır. Hər hansı planet ulduzla teleskopun arasından keçəndə qısamüddətli qaraltı yaranır. Kepler 2009-cu ildən 2013-cü ilə qədər qalaktikanın müəyyən bir hissəsində araşdırmalar apararaq, 150 000-ə yaxın ulduzu izləyib.

Tədqiqatçılar Keplerin məlumatlarından istifadə edərək 2342 eksoplanetinin mövcudluğunu təsdiq ediblər. Onlar Google kodları üçün istifadə edilən github səhifəsində Kepler məlumatlarına aid üç milyondan çox faylın (1 terabayt) olduğuna diqqət çəkiblər. Google komandası tapdığı iki eksoplaneti bu məlumatları hissə-hissə araşdıraraq aşkar edib.

Planetlərin aşkarlanması prosesində avtomatik proqram nə qədər uğurlu olsa da, astronomlar bütün məlumatları ehtimal olunan nöqtəyə baxan zaman gözdən qaçıra bilir. Həmin vaxt isə Google şirkətinin təkmilləşdirdiyi neyron şəbəkə digər siqnalları asanlıqla tapır.

Görəsən, bizə ən yaxın ulduzlarda hansı gizli dünyalar var? Baxmadan əsla bilməyəcəyik.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR