Play Store

Fədayə Laçın və Akif Çovdarov səs verdi - FOTOLAR

Bakı İstintaq Təcridxanasında saxlanılan məşhur şəxlər də səsvermədə iştirak edib.

Metbuat.az Publika.az-a istinadən xəbər verir ki, təcridxanada saxlanılan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov 28 saylı Seçki Dairəsinin 37 və 38 saylı Seçki Məntəqələrində səs veriblər.

Bundan başqa, həmin təcridxanada saxlanılan MTN-nin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizov da səs verməyə qatılıblar.

Təcridxanada saxlanılan müğənni Fədayə Laçın və digər məşhur şəxslər də səs vermədə iştirak ediblər.

“Bu gün seçkilər günüdür, seçkilər mütəşəkkil keçirilir. Demokratik şəraitdən istifadə edirik, hər kəs öz istədiyi namizədə səs verir”. Bu sözləri məhkum Cahangir Alışov deyib. O, MTN işində zərərçəkmişdir. Cahangir Alışov Yasamal MTK nın sahibidir. Dələduzluqla tutulub.

Digər məhkum Tərlan Comərdov bildirib ki, seçkilər tam şəffaf keçirilir. Hər kəs öz istədiyi namizədə səs verir. Hər birimizə yüksək səviyyədə şərait yaradılıb. Sərbəst seçim edirik".

37 saylı məntəqənin sədri İxtiyar Hüseynov deyib ki, seçkilər aparılır, səsvermədə siyahida olanlar səs verirlər.

Həmin təcridxanada qurulan 38 saylı məntəqənin sədri Aslan Mirzəyev bildirib ki, məntəqədə seçicilər aktiv iştirak edirlər: “İndiyə kimi 25 faiz səs verib. Pentensiar xidmətin rəhbərliyi normal şərait yaradıb. Məhkumlar gizli səsvermə yolu ilə öz seçimlərini edirlər”.

28 saylı Seçki Dairəsinin 38 saylı Seçki Məntəqəsində Bakı İstintaq Təcridxanasında saxlanılan şəxslər səs verir. Bu müəssisədə 1678 nəfər səs verəcək. Bu saata 400-ə yaxın şəxs səs verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR