Play Store

Adını Aya yazdıran müsəlman riyaziyyatçı - Battani

Adını Aya yazdıran müsəlman riyaziyyatçı

Məhəmməd əl-Battani (858-929) məşhur müsəlman astronom və riyaziyyatçıdır. Günəş ilini və mövsümlərin uzunluğunu Ptolemey də daxil olmaqla, özündən əvvəlki bütün astronomlardan daha dəqiq hesablayıb. Tapdığı günəş ili hesablamaları günümüzdəki dəyərlərdən sadəcə, 2 dəqiqə 22 saniyə fərqlidir.

Mətbuat.az xəbər verir ki, onun hazırladığı astronomik hesablamalar əsrlər boyu ən dəqiq dəyərlərə sahib olub. Bəzi hesablamalarda Kopernik belə Battanidən daha dəqiq rəqəmlər əldə edə bilməyib. Battani Yer və Günəş arasındakı məsafənin dəyişdiyini, Yer oxunun əyri olduğunu və bu əyriliyin dərəcəsini 0,13 qədər kiçik səhv ilə hesablayıb.

Bundan əlavə, Battani triqonometriyadakı sinus və tangens funksiyalarını müəyyənləşdirən və teoremləri isbat edən ilk riyaziyyatçıdır. Elmi inqilablara imza atan Kopernik, Kepler və Qalileo tez-tez Battaninin işlərinə nəzər salıblar.

Aydakı kraterlərdən birinə Battani adı verilib.

Nərgiz Nənə/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR