Sirli insan növü Homo naledinin misilsiz pəhrizi

Homo naledi insan növləri ilk dəfə 2015-ci ildə Cənubi Afrikada yerləşən bir mağaranın dərinliklərində tapılıb. Cənubi Koreyanın Guateng şəhərində yerləşən Rising Star mağaralar sistemində aşkar edilənHomo naledinin mənası “ulduz” deməkdir.

Mətbuat.az xəbər verir ki, elm adamlarının 2015-ci ildə yeni insan növü kəşf etdiklərini elan etmələri həm alimlər, həm də dünya üçün olduqca maraqlı hadisə idi. Həmin tarixdən bəri bu sirli insan növləri haqqında daha çox öyrənirik. Məsələn, tədqiqatçılar Homo naledinin 335 000-236 000 il əvvəl yaşaya biləcəyini ehtimal edir.

Arxeoloqlar təkamül ağacımızın bu yeni üzvünün davranış və qidalanması ilə bağlı da məlumat veriblər. Tədqiqatçılar Amerikanın məşhur jurnallarından birində nəşr olunan məqalədə Homo naledinin Cənubi Afrikadakı digər insan növlərindən daha fərqli qidalanma rejminin olduğuna diqqət çəkiblər.

Homo naledi növünün nisbətən gənc olması, insanlarla əhatə olunması bizlərlə daha çox oxşadığını sübut edir. Skeletlərinin günümüzə qədər olduğu kimi qalmasından yola çıxan arxeoloqlar Homo naledi növünün fərdlərinin ölülərini bilərəkdən o mağarada dəfn etdiklərini bildirib.

Diş qırıqları araşdırılır

Araşdırmalar zamanı Homo naledilərin çənə sümükləri və dişlərində çox sayda diş qırıntısına rast gəlinib. Araşdırmaçılar sözügedən qırıqların ölümdən əvvələ, yoxsa sonraya aid olduğunu da asanlıqla anlaya bilir. Belə ki, qırığın yarandığı bölgədə aşınma varsa, deməli, həmin şəxs sağ olub.

Homo naledinin dişlərinin 40% -i zədələnib və bu da olduqca yüksək göstəricidir. Ön dişləri digər insan növlərinə nisbətən daha çox zədənləndiyi üçün onların kiçik, lakin sərt qidalar çeynədiyi iddiası təsdiqlənir. Digər bir məlumata görə, Homo naledinin sağ dişləri sol tərəfə nisbətən daha çox zədələnib. Bunun səbəbi isə əcdadlarımızın qidanı sağ əlləri ilə ağızlarına aparmaları və həmin tərəflə çeynəmələridir.

Nə yeyirdilər?

Tədqiqatın nəticələrinə görə, Homo naledi qoz-fındıq və ya toxum kimi kiçik, sərt qidalar yeyib. Həmçinin böyük ölçülü yeməkləri parçalamaları da ehtimal olunur.

Hazırda ən önəmli sübut Homo naledinin bu günə qədər araşdırılan insan növlərindən tamamilə fərqli qialanmasıdır. Dişlərindəki mikroskopik qırıntılar ətraflı araşdırılıqdan sonra bu növün bütün sirləri aşkara çıxacaq.

Nərgiz Nənə | METBUAT/AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR