“ABŞ Rusiyanın bütövlüyündə maraqlıdır, olan regionlarda yerləşən dövlətlərə olacaq” – Zaur Məmmədov

İllərdir müharibədən əziyyət çəkən Suriyada son dövrlərdə vəziyyət daha da gərginləşib.

Bildiyimiz kimi, ABŞ, Fransa və Böyük Britaniyanın hərbi təyyarələri Suriyanın paytaxtı Dəməşq şəhərini bombardman ediblər. Bu hadisə o zaman baş verdi ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərləndi və Böyük Britaniya bu hadisədə Rusiyanı günahlandırdı. Böyük Britaniya başda olmaqla ABŞ və digər Qərb dövlətləri rusiyalı diplomatları ölkələrindən çıxardılar.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Dövlət İdarəçilik Akademiyasının politoloqu Zaur Məmmədov deyir ki, siyasət çox qarışıq və maraqlı sahədir: “Rusiyaya qarşı son zamanlar radikal addımların atılmasının bir neçə səbəbi var.ABŞ-da Trampın vəziyyəti ürəkaçan deyil. O, hakimiyyətə gələr–gəlməz çox böyük pressinqlə üzləşib. O, Suriyanı bombalayaraq Moskvaya qarşı qəti mövqedə olmasını göstərmiş olur. Yadınızdadırsa onun xarici siyasətində mütəmadi olaraq hansısa mövzu qaynar müzakirələr predmeti olur. Meksika ilə sərhəddəki hadisələrdən başlayaraq İran və Şimali Koreya məsələsinə qədər. Həmin hadisələr nəticəsində bir müddət olsa da fikirlərin Tramp–Rusiya münasibətlərindən ayrılmağına nail olunmuşdu.

İngiltərənin Baş naziri Tereza Meyə gəldikdə bəzi məlumatlar var kı, o,diqqətləri “BREKSİT” (Böyük Britaniyanın Avropa Birliyindən ayrılması) məsələsindən yayındırmaq üçün Moskvaya qarşı sərt mövqe tutmaqla məşğuldur. Digər məsələ, ənənəvi olaraq Britaniya və Rusiya arasında dəniz, boğaz və dünya okeanına çıxışla bağlı davam edən mübarizədir. Bunu biz, hər əsrdə görə bilirik. Suriya mühüm strateji mövqeyə malikdir. Oranın Rusiyanın nəzarəti altında qalmasına London imkan vermək istəmir.

O ki qaldı, aprelin 14-də gecə koalisiya tərəfindən Suriyanın bombalamasına, bunun özü də çox maraqlıdır. Həmin 100 raketin hara düşməsi maraqlıdır. O da məlumdur kı, zərbələr endirilməmişdən əvvəl Rusiya tərəfi xəbərdar olunub. Suriya münaqişəsinin başlanmasından bugünə qədər həmişə hər iki tərəf raket zərbələri zamanıbir–birini məlumatlandıraraq hərbçilər arasında itkilərin olmasına yol vermirlər. Əslində Rusiya Vaqner məsələsində də ABŞ tərəfindən məlumatlandırılmışdı”.

Politoloq deyir ki, əslində, keçən əsrdə olduğu kimi indi də Rusiya və ABŞ bir–birinə lazımdılar: “Yalançı xülyalara qapılmağa ehtiyac yoxdur. ABŞ Rusiyanı dağıtmayacaq. ABŞ Rusiyanın bütövlüyündə maraqlıdır. Olan onların maraqlarının toqquşduğu regionlarda yerləşən dövlətlərə olacaq.

İndiki halda Moskvanın müttəfiqə ehtiyacı var. Bir İranla ABŞ-a qarşı mübarizə aparmaq mümkün deyil. Almaniya və Fransa kimi dövlətləri öz yanına çəkmək lazımdır.Fransa ənənəvi olaraq Avropada öz dəsti–xəttinə malikdir. Düzdür, orada indi hakimiyyətdə Emmanuel Makrondur və onun Putinlə dil tapacağı mümkün deyil. Makron elə ABŞ-da oturan bəzi dairələrin komandasına daxildir.Hər halda, Rusiyanın Avropa İttifaqını parçalaması lazımdır, əks təqdirdə ona çox çətin olacaq. Vaşinqtonun isə, itirəcəyi heç nə yoxdur. Ağ ev çox rahatdır. Suriya və Ukrayna məsələləri əgər Moskva üçün ölüm–dirim savaşı və milli maraqdırsa, Vaşinqton üçün əhəmiyyətli, lakin taleyüklü məsələ deyil”.

Günay Elşadqızı / METBUAT.AZ

“Azərbaycanda 15 il ərzində görülən işlər 150 illik tarixə sığışmaz” – Millət vəkilləri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI