Play Store

“Peşə təhsili haqqında” qanun layihəsi plenar iclasa - tövsiyə edilib

Milli Məclisin Elm və təhsil komitəsi “Peşə təhsili haqqında” qanun layihəsini III oxunuşda müzakirəsi üçün parlamentin plenar iclasına təqim edib.

Metbuat.az-ın məlumatına görə, Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı təklif olunan dəyişikliklər nəzərə alınıb.

Millət vəkili qeyd edib ki, layihənin II oxunuşda müzakirələri zamanı bəzi mübahisəli məsələlər üzrə araşdırmalar aparılıb və onun əsasında yekun sənəd hazırlanıb.

Daha sonra qanun layihəsi plenar iclasa tövsiyə edilib.

Sabahın havası AÇIQLANDI - XƏBƏRDARLIQ! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR