Play Store

“Bu əməliyyat Rusiya ilə Türkiyəni ayırmayıb” – Dmitri Peskov

ABŞ və İngiltərə ilə birgə şənbə günü Suriyanın paytaxtı Dəməşqi bombalayan Fransanın birgə əməliyyatından sonra prezident Emmanuel Makronun dediklərinə Kremldən etiraz gəlib.

Metbuat.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Makronun “Biz bir əməliyyatla Türkiyə ilə Rusiyanı ayırmağı bacardıq. Türkiyə kimyəvi silah hücumunu qınayıb və ardınca da əməliyyatı dəstəklədiyini bildirib” fikrinə Kremlin sözcüsü Dmitri Peskov cavab verib.

Peskov deyib ki, bu əməliyyat Rusiya ilə Türkiyəni ayırmayıb: “Moskva və Ankaranın bir çox məsələdə fərqli fikirlərdə olduğunu hamı bilir. Bunun bizim dialoqa və böyük layihələr həyata keçirməyimizə maneçiliyi yoxdur”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR