Play Store

Tramp hələ də Putinlə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp rusiyalı lider Vladimir Putinlə hələ də görüşmək istəyir.

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə Trampın mətbuat katibi Sara Sanders bildirib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Moskva və Vaşinqtonun yaxşı münasibətləri dünya üçün faydalı olacaq.

"Prezident hələ də onunla danışmaq istərdi. O hesab edir ki, onların yaxşı münasibətlərinin olması dünya üçün daha yaxşı olacaq. Ancaq bu, Rusiyanın hərəkətlərindən asılı olacaq", deyə Sanders bildirib.

Lerik və Salyanda evlərdə yanğın olub - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR