Play Store

Vasif Talıbovdan daha bir - TƏYİNAT

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Metbuat.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Anar Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 27 mart 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev olub.

Lerik və Salyanda evlərdə yanğın olub - FHN - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR