​Kainatın növbəti sirri - Qalaktikamızı özünə çəkən nədir?

Məşhur filosof Kant, “Məni Allahın varlığına inandıran iki şey var: biri vicdanımdakı əxlaq kodeksi, digəri isə başımın üstündəki sonsuz ulduzlu səmadır” deyib.

Həqiqətən də kainat insanı heyran edəcək dərəcədə böyükdür. Gecələr səmada bu ehtişamın çox kiçik qismini – qalaktikamızdakı ulduzları görürük. Halbuki qalaktikamızın da içində olduğu dərin boşluq təxəyyülümüzə sığmayacaq qədər sirli cisimlərlə doludur.

Böyük Cazibə dediyimiz cisim sürətlə bizi cəzb etməklə məşğuldur. Kosmosda bu cür cazibələr mövcuddur. Hamımız, yaşadığımız dünya, bütün Günəş Sistemi, hətta Süd yolu qalaktikası saatda 2,2 milyon km sürətlə kosmosun müəyyən bölgəsinə tərəf çəkilir. Bizdən 250 milyon işıq ili uzaqda olan bu bölgəyə o qədər böyük sürətlə çəkilirik ki, eyni sürətlə Günəşin ətrafında fırlansaydıq, bir ilimiz sadəcə, 18 gün olardı.

Böyük Cazibəni görə bilmirik

Bizi nəyin cəlb etdiyini bilmirik. Astronovtlar 1970-ci ildən bəri bu cismə Böyük Cazibə deyirlər. Teleskopu olanlar sözügedən cismi görməyə cəhd edə bilər. Lakin həmin hadisə səmanın “təhlükəli zona” deyilən yerində baş verir. Yəni qalaktikamızın mərkəzi dediyimiz o bölgədə yüksək miqdarda qaz və toz, eyni zamanda sıx ulduz təbəqəsi olduğu üçün arxa tərəfini görmək mümkün deyil. Gördüyümüz tək şey necə cəzb olunmağımızdır.

Yaşadığımız kainatı sistemli şəkildə təsvir etsək, Dünya Günəş Sisteminin bir hissəsi, Günəş Sistemi Süd yolunun, Süd yolu lokal qalaktikalar qrupunun, lokal qalaktikalar qrupu Sünbül qalaktikasının, Sünbül qalaktikası isə Sünbül qalaktikası super çoxluğunun bir hissəsidir.

Astronovtlar 2014-cü ilin sentyabrında Sünbülün Laniakea qalaktikasınının davamı olduğunu kəşf ediblər. Laniakea düz 100 min qalaktikadan ibarət, 520 milyon işıq ili (yəni işığın saniyədə 300 km. sürətlə getməsinə baxmayaraq, bu super çoxluğun bir ucundan digər ucuna hərəkəti 520 milyon il edir) gücündə nəhəng sistemdir.

Böyük Cazibə bizim də bir hissəsi olduğumuz qalaktikanın düz ortasındadır. Kainat haqqında məlumatlarımız artdıqca yeni sirlər üzə çıxır və kainat bizi daha çox ovsunlayır.

Nərgiz Nənə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR