Play Store

Ermənistan müxalifəti "məxməri inqilab"ın başladığını elan etdi

Xəbər verdiyimiz kimi, Ermənistanda Serj Sarkisyanın əleyhinə etiraz aksiyası keçirilib.

Metbuat.az xəbər verir ki, Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda "məxməri inqilab"ın başladığını elan edib. Mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb.

Paşinyan deyib ki, tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: "Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq "məxməri inqilab"ının başladığını elan edirəm".

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir və sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR