Play Store

Bura gələn təyyarə geri qayıtmır – QƏBİRİSTANLIQ GÖRÜNTÜLƏRİ

Bura gələn təyyarə geri qayıtmır – QƏBİRİSTANLIQ GÖRÜNTÜLƏRİ
14:59 17 Aprel 2018
89 Digər
Ölkə mətbuatı
A- A+

Bu rubrikada həftədə bir dəfə saytımızda dünyanın ən maraqlı ölkələri, ekzotik və görməli yerləri barəsində fotoları və həmin bölgə ilə bağlı ən maraqlı məlumatları təqdim edəcəyik. Bu dəfə mövzumuz Amerikadakı “təyyarə qəbiristanlığı”dır.

 

Dünyanın ən böyük təyyarə qəbiristanlığı ABŞ-ın qərbindəki Arizona ştatında yerləşir. Lent.az xəbər verir ki, səhralıqda yerləşən Tukson şəhərinin yaxınlığındakı “Deyvis-Monthan” hərbi hava qüvvələri bazasında müxtəlif ölçüdə və markalı 4400-dən çox istifadəyə yararsız təyyarə saxlanılır. Qəbiristanlığın ərazisi 10 kvadrat kilometrdir və burada təyyarələrin sökülməsi üzrə ixtisaslaşmış hərbi sənaye şirkətlər fəaliyyət göstərir.

 

Təyyarə qəbiristanlığının məhz Arizona ştatının Tukson şəhərində yerləşməsinin səbəbinə gəlincə, burada rütubətin az olması və yağışın təsadüfi hallarda yağması qəbiristanlıqdakı “cəsəd”lərin gec çürüməsi baxımından çox əlverişlidir.

 

Təyyarə qəbiristanlığını əks etdirən bəzi fotoları təqdim edirik.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/299013

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR