Play Store

Nikol Paşinyanın oğlu və 80 nəfər tutulub

Aprelin 17-də Ermənistanın paytaxtı İrəvanda polis etiraz aksiyasına qatılan 80 nəfəri tutub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Məlumatda bildirilir ki, Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın həbs edilməsinə gəlincə, idarədən həmin şəxsin saxlanılmadığı bildirilib.

Ancaq müxalifət nümayəndləri hesab edirlər ki, saxlanılanlar arasında Aşot Paşinyan da olub. O, Şenqavit Rayon Polis Şöbəsində üç saat dindirildikdən sonra sərbəst buraxılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR