Play Store

Rayonlarda günlük evlərə​ - Turizm şirkətləri necə nəzarət edir?

Kənd ab-havasını sevən insanlar yazda istirahət üçün daha çox rayonlara üz tutur.

Əksər kənd və qəsəbələrdə otellər fəaliyyət göstərmədiyindən, insanlar günlük/aylıq kirayə evlərdə qalmalı olurlar. Bu cür evlərdə qalmaq oteldən daha ucuz başa gəldiyindən, bir çox insan getdiyi ərazidə otel yerləşə belə, kirayə qalmağa üstünlük verirlər.

Turizm şirkətləri bu məsələni necə tənzim edir?

Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırov Metbuat.az-a açıqlamasında bildirib ki, qanunda nəinki evlər, hətta mehmanxanalara belə dövlət tərəfindən nəzarət yoxdur:

“Bu cür evlərdə xidmətin yüksək səviyyədə olduğunu deyə bilmərik. Amma yaxın gələcəkdə reyster fəaliyyət göstərsə, hər bir mehmanxana və ev buraya daxil olmalıdır. Ümumiyyətlə, təhülkəsizlik, xidmət və ölkənin imici baxımından bunlara dövlət tərəfindən nəzarət mexanizmi olmalıdır”.

Fly.az Turizm Agentliyinin təsisçi və direktoru Rəşad Rəhimli Metbuat.az saytına açıqlamasında qeyd edib ki, əksər turizm şirkətlərində müştərilərə müxtəlif qiymətə günlük evlər təklif olunur:

“Bu işlərin təşkili tək şirkət tərəfindən aparılmır. “Airbnb.com” adlı tanınmış sayt var. Həmin sayta daxil olub, istənilən bir ölkədə günlük kirayə mənzil tapa bilmək mümkündür. Həmçinin, mənzilini kirayə vermək istəyən şəxslər də həmin sayta elanlarını yerləşdirə bilərlər. Əvvəllər bu saytla bağlı ölkəmizdə çox da məlumat yox idi. İndi isə bu sayt barəsində çox adamın məlumatı var.

Ümumiyyətlə, bu gün rayonlarda kirayə evlərin verilməsi ilə bağlı bizə tez-tez suallar gəlir. Bu, çox sevindirici haldır. Çünki ölkədə turizmin inkişaf edir. İndi nəinki paytaxdakı otellər, ucqar rayonlardakı xidmət mərkəzlərində belə boş yer tapmaq olmur. İnsanlar evlərinin bir otağını gələn turistlərə kirayə verir. Bu da yuxarıda qeyd etdiyim kimi, turizmin inkişafının bəhrəsidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

BAKI: Yollar zülmətə qərq olunub - Problem həllini nə vaxt tapacaq? – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR