Play Store

Çiçək Tunarla sevgili olmasından danışdı: "...anamı üzürdü"

Çiçək Tunarla sevgili olmasından danışdı: "...anamı üzürdü"
16:39 17 Aprel 2018
140 Digər
Ölkə mətbuatı
A- A+

Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan ayrılması barədə danışıb. Lent.az-ın məlumatına görə, aparıcı “Hər şey daxil” verilişində bildirib ki, adının son günlər Tunarla yanaşı yazılmasına əsəbiləşir:

“Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Bacısı Günellə verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyənə qədər evlənməməsi ən çox mənim anamı üzürdü. 
 

Xahiş edirəm, imkan verin o da ailə həyatı qursun. Özümü onun nişanlısının yerinə qoyuram, xoş deyil. Gözəl bir xanımla nişanlanıb. Ən xoş günündə belə nişanlısının adının yanına Çiçək yazılması yaxşı deyil”.

Qeyd edək ki, Tunar bir neçə gün öncə Ülviyyə adlı xanımla nişanlanıb.

 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR