Play Store

Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı

Liya Bayramova vəzifədən azad olunmasının SƏBƏBİNİ açıqladı
16:49 17 Aprel 2018
73 Digər
Ölkə mətbuatı
A- A+

"Vəzifədən azad olunmağımın səbəbi elmi fəaliyyətlə məşğul olmaq niyyətimlə bağlıdır". Lent.az-ın məlumatına görə, bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Liya Bayramova deyib.
 
 
O bildirib ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişi ilə azad edilib.
 
 
Qeyd edək ki, L.Bayramova 2015-ci ildən mətbuat xidmətinə rəhbərlik edirdi. Rəhbərlik etdiyi müddət ərzində adı çəkilən şöbənin Azərbaycan KİV-i ilə əməkdaşlığın təkminləşdirilməsi üzrə böyük işlər aparılıb, bölgələrin müalicə mərkəzlərinə tanışlıq məqsədi ilə dəfələrlə ziyarətlər, həmçının səhiyyə və bu sahə ilə bağlı bir çox konfrans və hesabat tədbirləri təşkil edib.
 
L.Bayramova uğurlu fəaliyyətinə görə çoxsaylı diplom və mükafatlarla, o cümlədən səhiyyə naziri O.Şirəliyevin qərarı ilə "Səhiyyə əlaçısı" nişanı ilə təltif edilib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR