Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini təsdiqlədi - QƏRAR

Konstitusiya Məhkəməsi 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərinin nəticəsini təsdiq edib.

Metbuat.az xəbər verir ki, müşavirədən sonra Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun qərarını elan edib. Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi Plenumu prezident seçkisinin nəticələrini təsdiq edib.

F.Abdullayev bildirib ki, qanunvericiliyə müvafiq olaraq İlham Heydər oğlu Əliyev Azərbaycanın Prezidenti seçilmiş hesab edilib. Qərar qətidir, heç bir şikayət qəbul olunmur. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Xatırladaq ki, 15 aprel tarixində Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinə yekun vurub. 11 aprel tarixində keçirilmiş növbədənkənar prezident seçkilərinin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 faiz (3 milyon 397 min 664) səs toplayaraq seçkilərdə qələbə qazanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR