Play Store

Gəncə-Qazax bölgəsində qədim qəbirdə qiymətli bəzək əşyaları aşkarlanıb - FOTOLAR

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Gəncə-Qazax bölgəsində təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edib.

Arxeologiya və Etnoqrafiya İnstitutundan Metbuat.az-a verilən məlumata görə, institutun elmi işlər üzrə direktor müavini Nəcəf Müseyibli bu yaxınlarda Gəncə-Qazax bölgəsində elmi səfərdə olarkən Goranboy, Şəmkir, TovuzAğstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyətini yoxlayıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsini müəyyənləşdirib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.

Təbii və antropogen təsirlər nəticəsində dağıntıya məruz qalmış qədim qəbir abidələrinin birində qızıldan və tuncdan hazırlanmış bəzək əşyaları aşkar edilib. Bunlar olduqca yüksək ustalıqla, nəfis hazırlanmış bir cüt sırğa, üzük, armudvari və boru şəkilli muncuqlar, eləcə də asma bəzək əşyalarıdır.

Nəcəf Müseyiblinin sözlərinə görə, üzüyün qaşı və üstü, asma bəzəklər minerallarla bəzədilib:

"Bu əşyalarla yanaşı, abidənin dövrünü müəyyən etmək üçün başlıca tapıntılar – saxsı qabların fraqmentlərindən ibarət keramika məmulatı əsasında həmin bəzək nümunələrini erkən dəmir dövrünə - e.ə. I minilliyin birinci yarısına aid etmək olar. Eyni zamanda, bu bəzəklərin bəzi analogiyaları sonrakı antik dövrdən də məlumdur. Bütün bu tapıntılar hələ 2700-3000 il bundan əvvəl Azərbaycanda qızıl metallurgiyasının yüksək inkişaf səviyyəsində olduğunu sübut edir".

Dünya birjalarında neftin - Son qiyməti - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR