Play Store

Almaz meteorunun sirri - ortaya çıxdı

2008-ci ildə dünyanın atmosferində partlayan və quruluşunda almaz olan bir meteroitin Günəş sisteminin ilk dövrlərində yox olmuş bir planetə aid olduğu açıqlanıb.

Metbuat.az xəbər verir ki, meteoritin aid olduğu "ön planetin" milyardlarla il əvvəl Merkuri və ya Mars böyüklüyündə ikən baş verən toqquşma nəticəsində parçalandığı güman edilir. “Nature Communications” adlı mətbuat orqanında dərc olunan araşdırmanı həyata keçirən elm insanlarına görə, bu miqyasda bir brilyantı yaradacaq təzyiq ancaq bu böyüklükdə bir planetdə ola bilər.

Tədqiqatçılar Sudanın şimalındakı Nubian çölünə dağılan parçalar üzərində üç müxtəlif mikroskopla tədqiq edərək, “2008 TC3” adı verilən asteroidin mineral və kimyəvi xarakteristikasını ortaya qoyub.

Elm insanları araşdırdıqları brilyant içində olan bəzi materialların ancaq 20 gigapascal üzərində yaranması nəticəsinə gəlib. Bu təzyiq səviyyəsinin isə ancaq "böyük bir planetin gövdəsində" ortaya çıxa biləcəyi deyilib.

İsveçrədəki Lozanna Federal politexnik məktəbindən Farhang Nabiei bu araşdırma ilə "ortadan itmiş bu böyüklükdə bir kütləyə aid ilk inandırıcı sübutun əldə edildiyini" deyib.

https://metbuat.az/news/935756/istah-acan-qidalar....


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR