Yasamal və Binəqədidə oğurluq törədən şəxslər tutulub - DİN

Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 evdən noutbuk, mobil telefon, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramiz Bayramov saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən isə rayon ərazisində avtomobillərdən, mağazadan və müxtəlif inzibati binalardan 9 nəfərə məxsus mobil telefonlar, planşet, telefon aksessuarları oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Spartak Salahov saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR